featured-image-31787

Millimizə uğurlar arzu edirəm. İnanıram ki, bu gün qələbə qazanacağıq”.

Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov deyib.

Yığmamızın bu gün Bakıda Estoniyaya qarşı keçirəcəyi AVRO-2024-ün seçmə mərhələ oyunu barədə fikirlərini bölüşən yarımmüdafiəçi nikbin danışıb: “Mümkün xal itkisinde verilə biləcək qərar haqqında çox danışılıb. Ona görə də ümüdli olaq və inanaq ki, uğur bu gün bizim tərəfimizdə olacaq. Çox istərdim ki, qələbə qazanaq və neqativ söhbətlər olmasın”.

Mövsümün sonunda “Şamaxı”dan ayrılan təcrübəli oyunçu qarşılaşma üçün proqnoz da verib: “Düşünürəm ki, hesab 2:0 millimizin xeyrinə olacaq. Bunun üçün hücum futbolu oynamaq lazımdır”.

Qeyd edək ki, bu gün “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər