featured-image-46327

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin “Paris-2024” Yay Olimpiya Oyunlarına qatılmaq üçün iştirak edəcəyi təsnifat oyunlarının başlama saatı açıqlanıb.

Azərbaycan Basketbol Federasiyasından Msport.az-a verilən məlumata görə, Honkonqda keçiriləcək turnirin B qrupunda mübarizə aparacaq yığma ilk görüşünü aprelin 12-də Çili seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Azərbaycan millisi bir gün sonra Monqolustan və Niderlandla üz-üzə gələcək. Oyunlar müvafiq olaraq, Bakı vaxtı ilə saat 11:30 və 13:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi hər üç oyuna Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerlə çıxacaq.

Bənzər xəbərlər