featured-image-47210

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Marqarita Stepanenko Macarıstanda bürünc medal qazanıb.

Msport.az xəbər verir ki, onun çıxış etdiyi “Bekeşçaba” komandası üçüncü yer uğrunda dueldə “MAV Elöre” klubunu üstələyib. 5 oyunluq seriyada 3:2 hesabı ilə qalib gələn “Bekeşçaba” Macarıstan çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Marqarita Stepanenko bu mövsüm, həmçinin Macarıstan Kubokunda gümüş medal əldə edib.

Bənzər xəbərlər