Millimizin yoldaşlıq oyunlarının hakimləri açıqlandı
Azərbaycan milli komandasının iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının hakim təyinatları açıqlanıb.
Msport.az xəbər verir ki, hər iki matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Azərbaycan – Malta görüşündə Mixali Kaprali, Azərbaycan -San-Marino oyununda isə Marton Ruş əsas söz sahibi olacaq.
5 iyun
22:00. Azərbaycan – Malta
Baş hakim: Mixali Kaprali
Baş hakimin köməkçiləri: Balaş Buzaş, Bençe Belitsa
Dördüncü hakim: Tamaş Boqnar
(Hakimlər briqadası Macarıstandandır)
Sombatxey, “Haladaş” stadionu
9 iyun
22:00. Azərbaycan – San Marino
Baş hakim: Marton Ruş
Baş hakimin köməkçiləri: Balaş Şert, Balaş Şalai
Dördüncü hakim: Bençe Çsonka
(Hakimlər briqadası Macarıstandandır)
Sombatxey, “Haladaş” stadionu







