featured-image-20157

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, əyalət klubu Moldova millisinin üzvü Denis Marandiçi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu sol cinah müdafiəçisinin “Turan Tovuz” formasıyla görüntüləri yayılıb. Amma onunla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Marandiç Portuqaliyada “Unao Leyriya”, Sloveniyada “Çelye”, Bosniya və Herseqovinada “Jrinski” kimi klubların formasını geyinib. O, Moldova yığmasında 6 oyun keçirib.

Bənzər xəbərlər