“Mövsüm çox çətin keçəcək”
Azərbaycan Basketbol Liqasının debütantı olmağımıza baxmayaraq, B qrupunda yaxşı nəticə göstərib birinci yeri tutacağımıza inanıram.
Msport.az xəbər verir ki, bunu “Ordu”nun kapitanı Rüstəm Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Basketbolçu yeni mövsümün çətin keçəcəyini söyləyib:
“Bilirsiniz ki, “Ordu” komandası yeni yaranıb. Ona görə də müəyyən çətinliklər var. Amma yaxşı basketbolçular transfer etmişik. İstər yerli, istərsə də əcnəbi oyunçularımız istedadlı basketbolçulardır. Mövsüm çox çətin keçəcək. Çünki digər komandalar da xeyli gücləniblər”.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqasında cari mövsümə oktyabrın 18-də start verləcək.