featured-image-21518

Misli Premyer Liqasında mövsümün ikinci yarısının startı yüksək məhsuldarlıqla əlamətdar olub.

Msport.az xəbər verir ki, XIX turda ümumilikdə 18 qol vurulub.

“Kəpəz” – “Qəbələ” (2:2), “Turan Tovuz” – “Qarabağ” (2:3), “Zirə” – “Sumqayıt” (3:1), “Şamaxı” – “Səbail” (2:1) və “Sabah” – “Neftçi” (2:0) matçlarının keçirildiyi turda orta məhsuldarlıq 3,60-a bərabər olub.

Bu, 2022/23 mövsümünün rekordunun təkrarıdır. Cari çempionatın II və VII turunda da 18 qol vurulub.

Qeyd edək ki, daha yüksək məhsuldarlıq sonuncu dəfə ötən mövsümün X turunda qeydə alınıb. 2021-ci il noyabrın 6-7-dəki turun 4 matçında 17 qol vurulub və orta göstərici 4,25-ə bərabər olub.

Bənzər xəbərlər