“Müqaviləmin sonuna kimi “Qalatasaray”da qalmayacam” - Nikolo Zanyolo
“Qalatasaray”ın hücumçusu Nikolo Zanyolo bildirib ki, müqaviləsinin sonuna – 2027-ci ilə kimi İstanbulda qalacağına əmin deyil.
Msport.az xəbər verir ki, bu barədə Fabritsio Romano tvitterdə paylaşım edib:
“Əmin deyiləm ki, müqavilənin sonuna kimi 4 il “Qalatasaray”da çıxış edəcəm. Yanvarda mən “Bornmut” və “Fənərbaxça”dan təklif almışdım. Lakin əla stadionu olan “Qalatasaray”a söz verdim”.
23 yaşlı futbolçu bu ilin yanvarında “Roma”dan “Qalatasaray”a 15 milyon avroya keçmişdi.
ANAR ABDULLAYEV







