Murad Məmmədov "Neftçi"dən ayrıldı - RƏSMİ
Murad Məmmədov “Neftçi”dən ayrılıb.
Msport.az xəbər verir ki. bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu karyerasını Kiprin “Pafos” klubunda davam etdirəcək.
2024/25 mövsümündən “ağ-qaralar”ın əsas komandasının şərəfini qoruyan Məmmədov bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 milli komandasının heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.







