featured-image-20231

“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev ölkəsində “Sport-Express” nəşrinə müsahibə verib.

Msport.az xəbər verir ki, o, Rusiya futbolu üçün darıxmadığını bildirib.

Musayev “Sabah”da işlərinin qaydasında getdiyini əlavə edib: “Rusiya futbolu üçün darıxmıram. İndi bütün diqqətimi komandamın avrokuboklara qatılması üçün işimi yaxşı görməyə ayırmışam. Burada çox şey dəyişdi, irəliyə doğru bir addım atıldı. Bütün bunları sabitləşdirmək vacibdir. Çox iş var, darıxmağa vaxt yoxdur”.

Xatırladaq ki, Musayev 2021-ci ildən “Sabah”ı çalışdırır. Onun komandası hazırda Premyer Liqada 2-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər