“Murov”la “Neftçi”dən qələbə
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının üçüncü dövrəsində iki oyun keçirilib.
Msport.az xəbər verir ki, 9-cu tur çərçivəsində “Murov” “Xarı bülbül”lə, “Neftçi” MOİK-lə üz-üzə gəlib.
Voleybol Mərkəzində təşkil olunan turun ilk matçı “Murov”la “Xarı bülbül” arasında olub. Qarşılaşma “Murov”un 25:16 hesablı üstünlüyü ilə başlayıb. Sonrakı setlərdə də 25:22 və 25:21 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası matçı qələbə ilə yekunlaşdırıb – 3:0.
Turun son matçı “Neftçi” və MOİK komandaları arasında keçirilib. Görüş “Neftçi”nin 25:23 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin yetirmələri 25:18 hesabı ilə qalib gəliblər. Üçüncü və dördüncü setlərdə isə yenidən Pərviz Səmədovun komandası 25:13 və 25:23 hesabı ilə qələbə qazanıb – 3:1.
Beləliklə, 9-cu turdan sonra “Murov” 23 xalla turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
Yüksək Liqa
9-cu tur
22 fevral
Murov – Xarı bülbül 3:0 (25:16, 25:22, 25:21)
Neftçi – MOİK 3:1 (25:23, 18:25, 25:13, 25:23)