featured-image-26117

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qalatasaray”la keçiriləcək yoldaşlıq oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı əvvəlcə matç barədə fikirlərini bildirib:

– Stadionda çox gözəl ab-hava gördüm. Təşkilatçılara təşəkkür edirəm. Hiss olunur ki, dostluq, qardaşlıq oyununa hazırlaşırıq. Çox önəmli matçdır. Bakıda “Qalatasaray” azarkeşlərinin nə qədər çox olduğunu bilirik. Bütün azarkeşlər üçün maraqlı oyun olacaq. Ən vacibi odur ki, Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara dəstək olmaq üçün bu görüş təşkil olunub. Çox istəyərdim ki, matç xoş təəssüratlarla başa çatsın. Klub olaraq, ölkə olaraq Türkiyəyə nə dəstək lazımdırsa, biz hazırıq. Allah Türkiyə xalqına səbr versin. Sabah tamaşaçılar üçün yaxşı oyun göstərməyə çalışacağıq. İstəyirik ki, onlar futboldan zövq alsınlar.

– Heyətlə bağlı nə deyə bilərsiz?

– Bizim üçün rotasiyalıq bir şey yoxdur. Oyunçularımızın sayı azdır. Əlimizdə olan futbolçularla oyunu başa vurmağa çalışacağıq. 4 futbolçu dəvət etmişik, keçmiş “Qarabağ”lıları. Qapıçı Anar Nəzirov da bizimlə olacaq. Donald Gerye, Rauf Hüseynli və Nihad Quliyev öz uşaqlarımızdır.

– “Sabah”ın legionerlərini götürəcəyiniz gözlənilirdi…

– Öncə belə fikir var idi. Əvvəl də bildirmişdim ki, son günə kimi gözləyəcəyik, futbolçuların durumuna baxacağıq. Dünən qəti qərar verdim. Murad Musayevin, Ayxan Abbasovun, Elmar Baxşıyevin müsahibələrini oxudum. Soğolsunlar, hər birinə təşəkkürümü bildirirəm. Dünən Murad Musayevlə söhbətimiz oldu. Neçə oyunçu lazımdırsa, verməyə hazır olduğunu bildirdi. Sadəcə çox oyunçu götürmək istəmədim. Sonda belə qərar verdik və daha çox “Qarabağ”lı olan futbolçuları cəlb etdik. (sportal.az)

 

Bənzər xəbərlər