featured-image-44679

İspaniyalı tennisçi Rafael Nadal ABŞ-də keçiriləcək İndian-Uells turnirində iştirak etməyəcək.

Msport xəbər verir ki, bu barədə 37 yaşlı idmançı özü məlumat verib.

Təcrübəli tennisçi həftəsonu fiziki testlərdən keçsə də, hələlik bu mühüm yarışda yüksək səviyyədə çıxış etməyə hazır olmadığını bildirib: “Bu, asan qərar deyil. Amma özümə və minlərlə azarkeşə yalan danışa bilmərəm”.

Qeyd edək ki, Rafael Nadal ilin əvvəlində Avstraliya Açıq çempionatını zədə səbəbindən buraxmışdı. O, İndian-Uells turnirinin ilk turunda kanadalı Miloş Raoniçlə üz-üzə gəlməli idi.

Bənzər xəbərlər