Namik baş məşqçisiz qaldı
Millimizin üzvü Namik Ələskərovun çıxış etdiyi “Bursaspor” qarşıdakı üç oyuna baş məşqçi Mustafa Ersiz çıxacaq.
Msport.az xəbər verir ki, buna səbəb 42 yaşlı mütəxəssisin “İstanbulspor”la oyundakı davranışları olub.
Aprelinin 15-də keçirilən oyununda o, hakimin ünvanına təhqiramiz ifadələr səsləndirdiyinə görə İntizam Komitəsi tərəfindən üç oyunluq diskvalifikasiya edilib. Er həmçinin, pul cəzasına da məruz qalıb.
“Bursaspor” sona 5 tur qalmış 32 xalla 19 komanda arasında 18-ci yerdədir və liqanı tərk etmək təhlükəsi yaşayır.