featured-image-43727

Milli Basketbol Assosiasiyasında (NBA ) Şərq və Qərb komandaları arasında ənənəvi “All Star” oyunu keçirilib.

Msport.az xəbər verir ki, İndianapolis şəhərində arasında baş tutan görüş Şərq təmsilçisinin 211:186 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın ən dəyərli basketbolçusu qalib komandanın heyətində 39 xal, 3 ribaund və 6 məhsuldar ötürmə ilə “Miluoki Baks”ın oyunçusu Damien Lillard olub.

Görüşdə Şərq komandasına “Miluoki Baks”dan Yannis Adetokunbo, Qərb təmsilçisinə isə “Los-Anceles Leykers”in ulduzu Lebron Ceyms kapitanlıq edib.

Qeyd edək ki, NBA ulduzlarının iştirak etdiyi “All Star” oyunu 73-cü dəfə təşkil olunub.

Bənzər xəbərlər