NBA-da 18 ildən sonra
Türkiyə millisinin və ABŞ-ın “Hyuston Rokets” komandasının basketbolçusu Alperən Şəngün NBA “All Star”ın ehtiyat oyunçusu seçilib.
Msport.az xəbər verir ki, bu mövsüm orta hesabla 19,1 xal, 10,4 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalan 22 yaşlı basketbolçu baş məşqçilərin seçimi əsasında NBA-nın ən yaxşı oyunçuları arasında yer alıb.
Bununla da 18 ildən sonra ilk dəfə türkiyəli basketbolçu “All Star”da çıxış edəcək. Son dəfə mötəbər turnirdə “ay-ulduzlular”ın sabiq oyunçusu Mehmet Okur forma geyinib.