featured-image-42420

Milli Basketbol Assosiyasiyasının (NBA) müntəzəm çempionatında “Filadelfiya”nın evdə “San Antonio Spörs”ə 133:123 hesabı ilə qalib gəldiyi oyunda tarixi hadisə yaşanıb.

Msport.az xəbər verir ki, meydan sahiblərinin heyətində Coel Embiid 70 xal, 18 ribaund və 5 məhsuldar ötürmə ilə NBA tarixində bunu bacaran 9-cu oyunçu olub.

Bununla da 29 yaşlı basketbolçu həm öz karyerasında, həm də klub tarixində ilkə imza atıb.

Qeyd edək ki, əfsanəvi basketbolçu Kobe Brayant 2006-cı il yanvarın 22-də “Los-Anceles Leykers”in “Toronto Reptors”u 122:104 hesabı ilə məğlub etdiyi qarşılaşmada 81 xal toplayıb.

Bənzər xəbərlər