Nefçi"də oynamış Mirzoyan: "Bəlkə də Ferentsvaroş" rəqibi düzgün qiymətləndirməyib"
“Neftçi” və “Spartak”ın sabiq futbolçusu Aleksandr Mirzoyan “Ferentsvaroş”un “Qarabağ”a uduzaraq Çempionlar Liqasından kənarda qalmasına münasibət bildirib.
Msport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı veteran nəticənin gözlənilməz olduğunu deyib:
“Gözlənilməz nəticədir, amma hamının başına gələ bilər. Biz ümid edirdik ki, “Ferentsvaroş” növbəti mərhələyə yüksələcək, amma bu, futboldur. Niyə uduzdular? Bəlkə də rəqibi düzgün qiymətləndirməyiblər. Nəticə çıxararlar və Avropa Liqasının qrupunda (komanda hələ qrupa vəsiqə qazanmayıb) daha yaxşı çıxış etməyə çalışarlar. Ümid edək ki, hər şey yaxşı olacaq”.