featured-image-25045

7 oyundur uduzmayan “Neftçi”də baş məşqçi Laurentsiu Regakampfla bağlı fikirlər dəyişib. Əgər bir neçə həftə öncə hər kəs rumıniyalı mütəxəssisin uğursuz seçim olduğunu idda edirdisə, son oyunlardakı nəticələr vəziyyətin ciddi dəyişməsinə səbəb olub.

Yeddi oyunda məğlub olmayan “ağ-qaralar” bu matçların ikisində heç-heçə edib. “Qarabağ”la Suraxanıdakı bərabərliyi “Neftçi”nin aktivinə yazmaq olarsa, “Qəbələ” ilə heç-heçə (0:0) haqqında eyni sözü demək olmaz.

Maraqlıdır ki, Regeyə “Neftçi” azarkeşlərinin də münasibəti müsbətə doğru dəyişib. Bunu sosial şəbəkələrdə yazılan rəylərdən başa düşmək olar. Fanatlar uğursuzluğa görə, rəhbərliyi qınayır, rumıniyalının bu işdə heç bir günahı olmadığını bildirirlər.

Paytaxt klubu “Turan Tovuz” istisna olmaqla, digər rəqiblər üzərində parlaq qələbələr qazana bilmir. “Netçi” son turda Şamaxı səfərində 3 xalı min-bir əziyyətlə qazandı. Meydan sahiblərinin qapıçısı Rəşad Əzizlinin səhvi olmasaydı, yəqin ki, oyun qolsuz bərabərlikə başa çatacaqdı. Hələ mən Amil Yunanovun boşa verdiyi epizodlardan danışmıram. Düzdür, sonradan Regekampf çətin qələbə qazanmalarını meydanla əlaqələndirdi. Onun sözlərinə görə, bu cür süni örtükdə oynamaq çox çətindir.

“Neftçi” rəhbərliyi komandanın son nəticələrindən razı qalsa da, təbii ki, Regeye yekun qiymət kubok matçlarından sonra veriləcək. Əgər “ağ-qaralar” bundan sonra mövsümün sonuna kimi çempionatda 1O oyunun heç birində udzmasa belə, bu uğur sayılmayacaq. Çünki klub üçün əsas hədəf kuboku qazanmaqdır.

“Neftçi”  mövsümü titulsuz başa vursa, nəticə uğursuz sayılacaq və baş məşqçi istefaya göndəriləcək. Bunu Rege də yaxşı bilir eyni zamanda aprelin 19-da Tovuzda kubokun yarımfinal matçının ölüm-dirim savaşı olacağını da başa düşür.

AYXAN 

Bənzər xəbərlər