featured-image-28683

“Neftçi” bu gün keçiriləcək Azərbaycan kubokunun “Turan Tovuz”la yarımfinal mərhələsinin cavab oyununa ciddi itki ilə çıxa bilər.

Msport.az xəbər verir ki, qapıçı İvan Brkiçin dünən qızdırması olub, əsas hücumçu Mateus Saldanyanın isə yüngül zədəsi var. Klubun Media, Marketinq və İcftimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev xəbəri təsdiqləyərək hər iki futbolçunun oynayıb-oynamayacağının matç saatlarında bəlli olacağını söylədi.

Lakin adətən bu cür vacib qarşılaşmalarda klublar son ana qədər belə informasiyaları açıqlamağa tələsmirlər. Ona görə də hər iki legioneri axşam “Turan Tovuz”la matçın start heyətində görsəz, təəccüblənməyin.

AYXAN 

Bənzər xəbərlər