featured-image-19954

Avropanın top klublarının 2023-cü il üçün ilk reytinq siyahısı açıqlanıb.

Msport.az xəbər verir ki, siyahıda qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycanın üç klubu da siyahıya daxil edilib. “Qarabağ” 213 xalla 80-cidir. Qurban Qurbanovun komandasının mövqeyi dəyişməz qalıb.

Bir pillə geriləyən “Neftçi” 33 xalla qitədə 229-cudur. Daha çox – 9 addım aşağı yuvarlanan “Qəbələ” 5 xala 397-ci pillədə qərarlaşıb.

Siyahıya 2397 xala malik “Real” başçılıq edir.

Bənzər xəbərlər