featured-image-20068

“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki təlim-məşq toplanışını davam etdirir.

Msport.az xəbər verir ki, “Gloria Verde Resort” oteldə məskunlaşan komanda bu gün bir məşqə çıxıb.

Məşqdə fiziki təmrinlərlə yanaşı, toplu və taktiki çalışmalar da yerinə yetirilib. Hazırlığın sabah iki məşqlə davam etdirilməsi planlaşdırılır.

Xatırladaq ki, “ağ-qaralar”ın qardaş ölkədə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub. “Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

Bənzər xəbərlər