"Neftçi" iştirak ərizəsini UEFA-ya göndərdi
“Neftçi” Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Msport.az xəbər verir ki, siyahıda 27 futbolçu yer alıb. Ərizədə yeni transfer Andre Şinyaşiki də var.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-si Bakı vaxtı ilə saat 21:00-da “Beşiktaş” stadionunda keçiriləcək.








