featured-image-25626

“Neftçi”nin baş məşqçisi Lautentsiu Regekampf problemlə üzləşib.

Msport.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı Anamariya Prodan 48 yaşlı mütəxəssislə boşanmağı qəbul etmir.

O, məhkəmənin təyin etdiyi 1 600 avroluq təzminatla razılaşmaq niyyətində deyil. Sabiq futbol agentinin qərardan apellyasiya şikayəti verəcəyi gözlənilir.

Qeyd edək ki, Laurentsiu Regekampf cari mövsümün əvvəlindən “Neftçi”yə rəhbərlik edir.

CAHİD

Bənzər xəbərlər