featured-image-19650

“Neftçi”nin futbolçusu Fərid Yusifli əməliyyat olunub.

Msport.az xəbər verir ki, ikitərəfli qasıq yırtığının ləğvi cərrahi əməliyyatı klubun sağlamlıq sponsoru “Liv Hospital”ın xəstəxanalarından olan “VM Medical Park Florya Hospital”da uğurla həyata keçirilib.

20 yaşlı yarımmüdafiəçi təxminən 4 həftədən sonra fərdi məşqlərə başlayacaq.

Xatırladaq ki, Fərid Yusifli Premyer Liqanın 17-ci turu çərçivəsində dekabrın 15-də “Turan Tovuz”la keçirilmiş səfər oyununda zədələnmişdi.

Bənzər xəbərlər