featured-image-20330

“Neftçi”nin maraqlandığı “Şaxtyor”un yarımmüdafiəçisi Dmitri Topalov Donetsk klubu ilə Antalyaya təlim-məşq toplanışına yollanıb. 24 yaşlı futbolçu “şaxtaçılar”ın əsas heyətinə düşməkdə çətinlik çəkdiyindən komandadan ayrılmaq istəyir. O, cari mövsümdə cəmi 1 oyunda forma geyinib.

Topalovun 2024-cü ilin iyununa kimi Ukrayna klubu ilə müqaviləsi var. “Ağ-qaralar” sol cinah vingerini icarəyə götürmək variantlarını da nəzərdən keçirir.

“Şaxtyor” bu il ilk rəsmi oyununu fevralın 16-da Avropa Liqasının pley-offunda “Renn”ə qarşı keçirəcək.

 

Bənzər xəbərlər