“Neftçi”nin qapıçısı Şamaxıda zədələndi
Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində keçirilən “Şamaxı” – “Neftçi” oyununda qonaqların qapıçısı Aqil Məmmədov zədələnib.
Msport.az xəbər verir ki, 64-cü dəqiqədə komanda yoldaşı Mert Çelikin ayağı onun sifətinə tuş gəlib və bu üzdən qapıçı oyunu davam etdirə bilməyib.
Aqilin əvəzində meydana gənc qapıçı Əlirza Müşətəbazadə daxil olub. Bu, onun “Neftçi”dəki debüt matçıdır.