featured-image-20020

“Neftçi”nin sabiq baş məşqçisi Vlastimil Petrjela qumara aludəçiliyi səbəbindən Çexiyada klinikada müalicə olunur. Msport.az “Denik Sport”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis həkimlərə müraciət etməsini belə əsaslandırıb:

“Bəli, mən hesabladım ki, “ruletka”da nə qədər uduzmuşam. Bu, ağlasığmaz rəqəmlərdir. Hamısını üst-üstə gəlsək, hardasa yarım milyard Çexiya kronu (təxminən 18 milyon avro -msport.az) edir. Xəstəxanaya müraciət etməmişdən əvvəlki ay mənim üçün çox kritik idi. Kazinoya çox aludə olmuşdum, qalan hər şey mənim üçün maraqsız idi. Bilmirdim ki, nə edim, ona görə də həkimlərə üz tutdum. İndi özümü yaxşı hiss edirəm, ümid edirəm ki, tam sağalacam”.

Bənzər xəbərlər