featured-image-20192

“Neftçi”nin yeni transferi Höccət Haqverdi Təbrizin “Traktor” klubu ilə vidalaşıb.

Msport.az-ın məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi bununla bağlı özünün instaqram səhifəsində paylaşım edib.

“Əziz azarkeşlər, yarım mövsüm sizinlə birlikdə olduq. Şübhəsiz, ayrı qalmaq mənim üçün asan olmayacaq, Azərbaycanın mehriban sakinləri. Amma ümid edirəm ki, daha sonra daha yaxşı şəraitdə dəstəyinizə qarşılıq olaraq, yenidən “Traktor”un formasını geyinə biləcəyəm. Hər birinizə sevgilər, əziz fanatlar. Sonda komandaya mövsümün qalan hissəsində uğurlar arzulayıram”, – təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, Höccət Haqverdi “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər