featured-image-20613

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama oyununa çıxıb.

Msport.az xəbər verir ki, “ağ-qaralar” Polşanın “Medz Leqnisa” komandası ilə üz-üzə gəlib. Oyun “Neftçi”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Paytaxt klubunun yeganə qolunu 15-ci dəqiqədə Ağadadaş Salyanski vurub.

“Medz Leqnisa” klub Polşa çempionatında 12 xalla sonuncu 18-ci yeri tutur.

Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edib (1:1). Komanda yanvarın 19-da  Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.

“Neftçi” – “Medz Leqnisa” (Polşa) – 1:2

Qollar: Salyanski, 15 – Rodriqes, 49, 53

Bənzər xəbərlər