“Neftçi” səfərdən qələbə ilə dönür
Azərbaycan Basketbol Liqasında (ABL) XXV turun növbəti oyunu keçirilib.
Msport.az xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində yerli “Olimpik Şəki” “Neftçi” ilə qarşılaşıb.
Matçın üçüncü dövrəsində rəqibinə heç bir şans verməyən qonaqlar 112:78 hesabı ilə qələbə qazanıb.
Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Davante Kuper (27 xal, 9 ribaund), “Neftçi”dən isə Yuri Kondrakov (39 xal, 9 asist) olub.
Qeyd edək ki, turun açılış matçında “Sabah” “Gəncə”yə 87:84 hesabı ilə qalib gəlib. Turun digər oyunları aprelin 10-da və 11-də keçiriləcək.