featured-image-25260

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ARB telekanalına müsahibəsində Türkiyə “Qalatasaray”ına qarşı keçirəcəkləri xeyriyyə matçı üçün heyətə Azərbaycan Premyer Liqasındakı digər komandalardan bir neçə futbolçu dəvət edəcəklərini bildirib.

Məsələyə münasibət öyrənmək məqsədilə “Qarabağ”ın əsas rəqibləri – “Sabah” və “Neftçi” klubları ilə əlaqə saxladıq. Paytaxt təmsilçilərindən Msport.az-a verilən məlumatda ümumi fikir təqribən eyni oldu.

“Sabah”ın mətbuat katibi Elnur Həmidovun sözlərinə görə, hələlik kluba belə bir müraciət daxil olmayıb: “Əgər belə bir təklif olsa, buna baş məşqçi qərar verə bilər”.

“Neftçi”nin Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev isə rəsmi təklif olmadığı üçün hansısa fikir bildirməyin çətin olduğunu vurğulayıb:

“Nəsə olsa, ictimaiyyətə əlavə məlumat veriləcək. Bu söhbət dünən ortaya çıxıb və bizdə müzakirə edilməyib. Burada qərar verə biləcək şəxslər baş məşqçi və idman departamentinin üzvləridir. Hələlik heç nə deyilməyib”.

Allahverdiyev hansısa türk klubu ilə analoji görüşün keçirilməsinin gündəmdə olmadığını da əlavə edib.

Qeyd edək ki, martın 26-da Balı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Matçdan əldə olunacaq bütün gəlirlər Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcək.

CAHİD

Bənzər xəbərlər