featured-image-34775

“Neftçi” yeni transferi Aaron Olanare Bakıya gəlib.

Msport.az xəbər verir ki, son 2 mövsümü “Ərzurumspor”da keçirən nigeriyalı forvard sabah tibbi baxışdan keçdikdən sonra rəsmi müqavilə imza atacaq.

30 yaşlı mərkəz hücumçusunun adı Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la oyunlar üçün UEFA-ya göndərilən iştirak ərizəsinə əlavə olunacaq.

Olanare 2016-2018-ci illər arasında Moskva MOİK-nin şərəfini qoruyub.

O, buna qədər “Şutinq Starz” (Nigeriya), “Valerenqa” , “Sarpsborq” (Norveç), “Quançjou” (Çin), “Amkar” (Rusiya), “Beytar Yerusəlim”, “Sıçuan”, “Çançun Yatay” (Çin) klublarının formasını geyinib.

Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.

Hücumçu ötən mövsüm Türkiyə I liqasında 23 matçda 4 dəfə fərqlənib.

Bənzər xəbərlər