Nərgiz İsmayılova Avropa çempionatına təyinat aldı
Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova yeniyetmə qızlar arasında keçiriləcək U-17 Avropa çempionatının təsnifat oyunlarına təyinat alıb.
Msport.az xəbər verir ki, İsmayılova aprelin 22-24-də Almaniyanın Kienbaum vilayətində keçiriləcək C qrupunun matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, C qrupunda ev sahibləri ilə yanaşı, Belçika, İsrail və Litva milliləri mübarizə aparacaqlar. Görüşlərin hakimləri moldovalı Andrey Taran, türkiyəli Hatice Özmen Yıldız, polşalı Anna Niedbal və serbiyalı Aleksandra Balandziç olacaq.