featured-image-19571

Belarusun “Şaxtyor” (Soliqorsk) komandasının yeni baş məşqçisi Aleksey Baqa “Sumqayıt”da çalışdığı dövr barədə qısa danışıb.

Msport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Mən o dövrü yüksək qiymətləndirirəm. Uğursuz vaxtlardan qorxmuram və bəhanə gətirməyəcəyəm. Səmimi olaraq nəyinsə səhv olduğunu söyləmək lazım idi”.

Xatırladaq ki, ötən ilin dekabrında “Sumqayıt”a baş məşqçi təyin olunan Baqa bu ilin sentyabrında uğursuz nəticəyə görə istefaya göndərilmişdi. O, bu ay Belarus klubunun baş məşqçisi təyin olunub.

Bənzər xəbərlər