Neymar komanda yoldaşlarına dəstək oldu: "Tənqidlər səni daha da güclü edəcək"
Braziliya millisinin lideri Neymar sosial şəbəkələrdə dünya çempionatında mübarizəni dayandırdıqdan sonra komanda yoldaşları ilə olan yazışmanı paylaşıb.
Msport.az xəbər verir ki, PSJ-nin futbolçusu yazışmanı oyunçulardan xəbərsiz paylaşıb. Onun məqsədi Braziliyanın mundialda necə vahid kollektiv kimi mübarizə apardığını göstərmək olub:
– Necəsən? Demək istəyirəm ki, hələ də sənin pərəstişkarınam. Həmin penalti mənim sənə olan münasibətimdə heç nəyi dəyişməyib. Həmişə səninləyəm və bunu bilirsən. Səni sevirəm”. Neymar Xorvatiya ilə 1\4 finalda həlledici penaltini dirəyə vuran Markinyosa belə yazıb.
“Qardaş, mən çox istəyirdim ki, bu dünya çempionatında sənə qələbə hədiyyə edim. Sən və Dani (Alveş) buna layiq idiz. Ancaq Allahın başqa planları var”. Kapitan bu cür son dünya çempionatında çıxış edən 38 yaşlı müdafiəçi Tyaqo Silvaya dəstək olub.
“Mən görmək istəyirəm ki, sən və sənin həmyaşıdların Braziliyanın ulduzları olurlar! Penaltini vuranlar ancaq səhvə yol verə bilirlər. Mən karyeram boyu bir neçə dəfə səhv etmişəm, ancaq öyrənirdim və heç vaxt təslim olmurdum. İnkişaf edib özümdə yaxşı cəhətləri axtarırdım. Sən mənim çox xoşuma gəlirsən. Ümid edirəm ki, tənqidlər və ittihamlar səni daha da güclü edəcək. Mən həmişə sənə demişəm və yenə deyirəm: “Sən hələ Braziliyanı dünya çempionu edəcəksən. Bütün bunlardan sonra sənə dincəlməyi və daha yaxşı formada qayıtmağı arzu edirəm. Ancaq bir yerdə!” Neymar oyunsonrası penalti zərbələri zamanı səhv edən millinin gənc oyunçusu Rodriqoya bu cür dəstək verib.