featured-image-5784

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Norveç – Azərbaycan oyunundan (2:1)  sonra millimizin baş məşqçisi Milan Obradoviç fikirlərini bildirib.

Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki,  serbiyalı mütəxəssis oyunla bağılı belə deyib:

“Öncə bugünkü oyuna görə futbolçulara təşəkkür edirəm, onlarla fəxr edirəm. Komanda meydanda əsl əzmkarlıq nümayiş etdirib, Azərbaycan futbolunu layiqincə təmsil etdi. Norveç qrup birincisi olmaq üçün oynamasına baxmayaraq, ilk hissədə onlara heç bir şans vermədik.

Fasilədən sonra qarşılıqlı hücumlar olsa da, rəqib əlinə düşən fürsətdən daha layiqincə yararlandı. Düzdür, əvəzetmələr sayəsində, oyunda dönüş yaradıb, hesabı bərabərləşdirdik. Lakin Norveç komandası standart vəziyyətdən fərqlənib, qələbə topunu vurdu. Bununla belə, nəticəyə baxmayaraq,  Norveç kimi güclü rəqiblə başabaş mübarizə apardıq. Komandama təşəkkür edirəm”.

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində A qrupunu 7 xalla başa vurub və 6 komanda arasında 5-ci yeri tutub.

Bənzər xəbərlər