featured-image-20470

Azərbaycanlı baş məşqçi Novruz Əzimov Moldovanın “Dinamo-Avto” komandasından ayrılmayıb.

Bu barədə Msport.az saytına açıqlamasında 63 yaşlı mütəxəssisin özü məlumat verib.

O, klubla danışıqların davam etdiyini bildirib: “Bunun hansı istiqamətdə olduğunu deye bilmərəm. Çünki istənilən formatda danışıqlar gedir”.

Qeyd edək ki, Novruz Əzimov ötən ilin sentyabrında “Dinamo-Avto” klubu ilə müqavilə bağlamışdı. O, həmin ilin noyabrında vəzifəsindən kənarlaşdırılıb.

Bənzər xəbərlər