featured-image-24703

Bu gün Azərbaycan Basketbol Liqasında 21-ci tura start verilib.

Msport.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində NTD və “Neftçi” İK basketbolçuları üz-üzə gəliblər.

Oyuna daha üstün başlayan NTD yekunda rəqibi üzərində 109:80 hesablı qələbəyə sevinib.

Ən məhsuldar basketbolçular “Neftçi”dən Yuri Kondrakov (26 xal, 5 ribaund ), NTD-dən Kuinton Kempbel (26 xal, 7 ribaund) olublar.

21-ci turun digər oyunları (“AAAF Xırdalan” – “Zirvə Astara”, “Gəncə” – “Sərhədçi”, “Olimpik Şəki” – “Sabah”) 9, 11 və 12 mart tarixlərində keçiriləcək.

Bənzər xəbərlər