featured-image-25634

Yunanıstanın “Olimpiakos” klubunun prezidenti Vangelis Marinakis azərbaycanlı hakimlərə söz atıb.

Msport.az xəbər verir ki, funksioner yerli mətbuata açıqlamasında Yunanıstan Futbol Federasiyasının Azərbaycan və Latviya kimi ölkələrdən referi dəvət etməsinə qarşı çıxıb.

O, bildirib ki, yaxşı hakimlər federasiyadan haç kimin tanımadığı şəxslərin anonim məktubları ilə ölkəyə gəlib hansısa oyunu idarə etməzlər. Marinakis hesab edir ki, Yunanıstan Super Liqası və kubokunun matçlarına daha səviyyəli referilər dəvət olunmalıdır.

Qeyd edək ki, daha əvvəl “Olimpiakos”un vitse-prezidenti Kostas Karapapas Azərbaycanın FIFA referisi Əliyar Ağayevin AEK-ə qarşı Yunanıstan Kubokunun yarımfinal mərhələsinin oyununa təyinat almasını tənqid etmişdi. O, Yunanıstan Futbol Federasiyasını verdiyi qərara görə ələ salmışdı: “Nəhayət, federasiya səsimizi eşitdi və oyunumza böyük liqadan hakim təyin etdi. Məlumdur ki, Azərbaycan öz çayından başqa, La Liqa, Premyer Liqa, Bundesliqa, Serie A və Liqa 1 ilə birlikdə dünyanın ən yaxşısı sayılan çempionatı ilə də məşhurdur! Niyə də yox?!”.

CAHİD

Bənzər xəbərlər