featured-image-55741

“İlk oyunumuz idi. Yaxşı da, pis anlar da oldu”.

Msport.az xəbər verir ki, bunu “Lənkəran”nın baş məşqçisi Georgi Kondruseviç deyib.

Belaruslu mütəxəssis “Naxçıvan”a 70:83 hesabı ilə uduzduqları oyunu şərh edib. O bildirib ki, bu matçdan sonra nəyin üzərində daha çox işləməli olduqları ilə bağlı bir təəssüratları yaranıb: “Artıq bilirik ki, hansı tərəfləri gücləndirməliyik, hansı tərəflər üzərində daha çox işləməliyik. Rəqib çox yaxşı idi. “Naxçıvan” da bizim səviyyəmizdədir. Sadəcə biz birlikdə çox az vaxt keçirmişik. Təxminən 15 məşqimiz olub. Matçlar oynamamışıq. Bir-birimizi yaxşı hiss etmirik. Çox sadə səhvlərə yol verirdik. Bəzən oyunçular məşqçilərin nə istədiyini başa düşmürdü”.

Kondruseviç komandanın kapitanının kim olacağını da açıqlayıb: “Bu, Rəşid Abbasov olacaq. Vitse-kapitanın adına isə sabahkı yoldaşlıq oyunundan sonra aydınlıq gələcək”.

Qeyd edək ki, “Lənkəran” ikinci yoldaşlıq görüşünü sabah “Sərhədçi”yə qarşı keçirəcək.

Bənzər xəbərlər