featured-image-51630

Serbiyalı məşhur tennisçi Novak Cokoviç Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk oyununu keçirib.

Msport.az-ın məlumatına görə, 37 yaşlı təcrübəli idmançı I turda avstraliyalı Mettyu Ebdenlə üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib – 2:0 (6:0, 6:1).

O, 1/16 finalda Marton Fuçoviç (Macarıstan) – Rafael Nadal (İspaniya) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bənzər xəbərlər