Pele Mbappeyə görə sevinir
“Mbappe mənim növbəti rekordumu qırdığı üçün sevinirəm”.
Msport.az xəbər verir ki, bunu keçmiş futbolçu Pele Kilian Mbappe barədə sosial şəbəkə hesabında yazıb.
Mbappe dünya çempionatlarında 24 yaşınadək 9 qol vuran ilk futbolçu olub. O, bu uğura DÇ-2022-də nail olub. Rekord 24 yaşına çatmamış 7 dəfə fərqlənən Peleyə məxsus idi.
Pele noyabrın 30-da bədənin ümumi şişməsi, o cümlədən, ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Keçmiş futbolçu ona dəstək olduğu üçün fransalı hücumçuya təşəkkür edib.
Fransa yığması DÇ-2022-nin 1/4 finalında İngiltərə ilə, Braziliya millisi isə Xorvatiya ilə üz-üzə gələcək.