Pepe Mərakeşə qarşı qolu sınıq vəziyyətdə oynayıb
Portuqaliya millisinin müdafiəçisi Pepenin Mərakeşlə dünya çempionatının 1\4 final oyununda qolu sınıb.
Msport.az xəbər verir ki, 39 yaşlı futbolçunun sol əlinin dirsək sümüyü sınıb.
Dünənki oyundan sonra Pepe Dohada tibbi müayinədən keçib. Məlum olub ki, onun qolu sınmasına baxmayaraq, Mərakeşlə görüşdə sona qədər meydanda mübarizə aparıb.