featured-image-18936

UEFA-nın keçmiş rəhbəri Mişel Platini Fransa prezidenti Emmanuel Makronun DÇ-2022-nin finalında iştirak etmək dəvətini qəbul etməyib.

Msport.az Fransa mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə İsveçrənin Bellintsona məhkəməsi dələduzluq işi üzrə FİFA-nın keçmiş rəhbəri Yozef Blatter və Mişel Platiniyə bəraət verib.

Blatter 2015-ci ildə UEFA-nın o zamankı rəhbəri Platiniyə qanunsuz olaraq 2 milyon İsveçrə frankı köçürməkdə ittiham edilirdi. Platini 2007-ci ilin yanvarından 2015-ci ilə kimi UEFA-nın prezidenti olub. Əvvəlcə o, 90 gün vəzifəsindən kənarlaşdırılsa da, daha sonra 8 il müddətinə diskvalifikasiya edilib. Bu müddət daha sonra 4 ilə endirilib.

Xatırladaq ki, DÇ-2022-nin sabah baş tutacaq final oyununda Fransa millisi Argentina yığması ilə qarşılaşacaq.

Bənzər xəbərlər