"Turan Tovuz" mövsümə asan qələbəylə başladı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start veriləcək.
Msport.az xəbər verir ki, açılış oyunu Bakıda baş tutacaq. Çempionatın debütantı “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. “Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.
İki komanda indiyədək Premyer Liqada bir-birinə rəqib olmayıb.
Azərbaycan Premyer Liqası
I tur
4 avqust
20:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” 0:3
Qol: M.Petkov, 53, 87, O.Con, 67
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Dalğa Arena”.
“Araz-Naxçıvan”: 91. Semir Bukviç, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 44. Həzrət İsayev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 8. İsmail Azzaui
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 30. Otto Con, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruzi Marakvelidze, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Qeyd edək ki, turun “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” matçları avqustun 5-də, “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” görüşləri isə avqustun 6-də keçiriləcək.







