featured-image-25240

“Ümid edirəm ki, “Qalatasaray”ın 14 oyunluq qələbə seriyasını Konyada dayandıracağıq”.

Msport.az xəbər verir ki, bunu “Konyaspor”un formasını geyinən millimizin hücumçusu Mahir Emreli  deyib.

26 yaşlı futbolçu matça taktiki məşqlərlə hazırlaşdıqlarını qeyd edib: “Artıq bütün diqqətimiz oyundadır. Rəqibimizi tanıyırıq. “Qalatasaray” turnir cədvəlində 1-ci yeri tutur.  Qələbə seriyaları var, lakin buna son qoya bilərik”.

Türkiyə Super Liqasının 26-cı turu çərçivəsində martın 17-də keçiriləcək “Konyaspor” – “Qalatasaray” görüşü Baxı vaxtı ilə saat 21:00-da start götürəcək.

AYXAN 

Bənzər xəbərlər