featured-image-26079

Türkiyə “Qalatasaray”ının ulduz futbolçusu Mauro İkardi Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri xeyriyyə oyununa start heyətində çıxacaq.

Msport.az “Fanatik”ə istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın baş məşqçisi Okan Buruk səfərdə “Konyaspor”a 1:2 hesabı ilə uduzduqları çempionat matçında potensialından aşağı çıxış edən argentinalı hücumçuya xüsusi icazə verib.

Yenidən komanda ilə məşqlərə start verən 30 yaşlı forvard oyun praktikası qazanmaq üçün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmaya ilk dəqiqələrdən başlayacaq.

Qeyd edək ki, martın 26-da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Oyundan əldə olunacaq bütün gəlirlər Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə ianə olunacaq.

CAHİD

Bənzər xəbərlər