featured-image-26279

Bak; Olimpiya Stadionunda keçirilən “Qarabağ” – “Qalatasaray” oyunundan (1:2) sonra transfer danışıqları olub. Msport.az xəbər verir ki, türkiyəli insayder Burhan Can Terzi bu məlumatı yayıb.

Onun sözlərinə görə, “Qalatasaray” rəsmiləri Ağdam klubunun futbolçusu Toral Bayramov haqqında məlumat alıblar: “Toral Bayramov “Qalatasaray”ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi ilə bağlı “Qarabağ” nümayəndələri ilə danışıb və onun haqqında məlumat əldə ediblər”.

Qeyd edək ki, Toral dünənki görüşdə iştirak etməyib. Müdafiəçi hazırda milli komandamızın düşərgəsindədir. Bayramov artıq “Qarabağ”da Elvin Cəfərquliyevlə rəqabətdə uduzub və daha çox ehtiyatda qalır.

AYXAN 

Bənzər xəbərlər