featured-image-25939

“Qlatasaray”la martın 26-da xeyriyyə oyununda üz-üzə gələcək “Qarabağ” sabahdan məşqlərə başlayacaq. Ağdam klubunun əksər futbolçuları milli komandaların düşərgələrinə yollandıqlarından Qurban Qurbanov digər komandalardan oyunçular dəvət edə biləcəyini demişdir. Düzdür, sonradan “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf bunun əleyhinə çıxdı. O, fikrini belə əsaslandırdı ki, “Neftçi”nin futbolçusu həmin matçda zədələnərsə necə olacaq və müalicə xərclərini kim ödəyəcək?

Amma digər klublardan “Qarabağ”a gələnlər olacaq. Xüsüsən də müdafiənin sol cinahında problemləri olan Azərbaycan çempionu keçmiş futbolçusu Donald Geryeyə dəvət göndərib. Artıq xəbər vermişdik ki, “Zirə”nin müdafiəçisi Bakı Olimpiya Stadionunda “Qalatasaray”a qarşı oynaya biləcək.

“Sabah”ın bu mövsüm ən sərrast oyunçusu olan Coy-Lens Mikels də  “Qalatasaray”la matçda “Qarabağ”a kömək edəcək. Ramil Şeydayev, Musa Qurbanlı milliyə dəvət alıb, Benzia zədəlidir – bu səbəbdən də Qurban Qurbanova ön xətdə oyunçu lazımdır.

Mikels cari çempionatda 14 qolla bombardirlər yarışında 3-cü yeri tutur.

AYXAN 

Bənzər xəbərlər